...

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 10 May 2025 17:05 (UTC +04:00)
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti mayın 11-dən 13-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, İsmayıllı, Ağsu, Şamaxı, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdərə, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Naftalan, Goranboy, Mingəçevirdə də qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Xəbər lenti

Xəbər lenti