...

Pakistan ordusu döyüşə tam hazır vəziyyətdədir - İshaq Dar

Dünya xəbərləri Materials 10 May 2025 10:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın silahlı qüvvələri hazırda yüksək hazırlıq vəziyyətindədir. Hərbçilərimiz Hindistana cavab zərbələrini sırf müdafiə ölçüsü olaraq endirirlər.

Trend “Geo TV” telekanalına istinadən xəbər verir ki, bunu Pakistanın baş nazir müavini, xarici işlər naziri İshaq Dar deyib.

“Pakistanın silahlı qüvvələri yüksək hazırlıq vəziyətindədir və son regional gərginlik fonunda (döyüşə) tam hazır səviyyəyə gətirilib”, - deyə nazir bildirib.

Darın qeyd etdiyi kimi, beynəlxalq ictimaiyyət "Hindistanı öz səhvlərinin ciddiliyini dərk etməyə məcbur etmək" üçün üzərinə düşən rolu oynamalıdır. O, son iki sutka ərzində Yeni Dehlinin atdığı addımları qınayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti