Bakı. Trend:
İranın qərbində yerləşən Lorestan vilayətinin Kuhdəşt rayonunda bir ailənin yeddi üzvü təsərrüfat quyusunda ölüb.
Trend-in məlumatına görə, bunu İranın Kuhdəşt rayonu qubernatoru Murad Naseri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində ailənin bir üzvü 50 metrlik quyudan xilas edilib.
Bildirilir ki, ilk olaraq ailənin azyaşlı uşağı quyuya düşüb. Sonradan ailə üzvləri bir-birini xilas etmək üçün quyuya düşüb.