Bakı. Trend:
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Trend xəbər verir ki, bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur və Bisadakı “BrahMos” raket anbarının məhv edildiyi bildirilir.
Pakistan hava məkanını müvəqqəti bağlayıb.
Bundan əvvəl Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb.