...

Çinli alimlər 10 min istifadəçiyə, o cümlədən döyüş robotlarına xidmət edə bilən 5G mobil rabitə sistemi hazırlayıblar

Dünya xəbərləri Materials 31 Dekabr 2024 14:42 (UTC +04:00)
Çinli alimlər 10 min istifadəçiyə, o cümlədən döyüş robotlarına xidmət edə bilən 5G mobil rabitə sistemi hazırlayıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinli alimlər, 10 min istifadəçi və döyüş robotları üçün rabitə təmin edə bilən beşinci nəsil (5G) mobil rabitə sistemi hazırlayıblar.

Trend xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, bu, üç kilometr radiusda təhlükəsiz və etibarlı məlumat ötürmə xidmətləri təqdim edən ilk mobil baza stansiyasıdır. Sistem "China Mobile Communications Group" və Çin Xalq Azadlıq Ordusu (ÇXAO) tərəfindən hazırlanıb. Yeni sistem, robot hərbçilərin çətin relyefdə, o cümlədən dağlıq ərazilərdə və sıx şəhər mühitində hərəkət etməsi zamanı, 80 km/saat sürətlə hərəkət edərkən belə, 15 millisaniyədən az gecikmə ilə saniyədə 10 giqabit sabit ötürmə qabiliyyətinə malikdir.

Məqalədə qeyd olunur ki, Çin hazırda pilotsuz uçuş aparatları, özüyeriyən robot maşınları və pilotsuz döyüş platformalarından ibarət dünyanın ən böyük məsafədən idarə olunan robot ordusunu qurur. Bu ordunun gələcəkdə ÇXAO-nun canlı qüvvəsini üstələyəcəyi və müharibələrdə insanların yerini alacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti