Bakı. Trend:
Yeni il ərəfəsində Yer kürəsində maqnit qasırğası baş verə bilər.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş Fizikası İnstitutunun saytında bildirilir.
Məlumata görə, Günəşdə partlayışdan sonra ilk plazma buludu Yerə dekabrın 31-i səhər Bakı vaxtı ilə saat 08:30-da, ikincisi isə gündüz, Bakı vaxtı ilə saat 15 radələrində çatacaq. Bunun güclü G3 maqnit qasırğasına səbəb olacağı gözlənilir.