...

Qanunsuz saxlanılan silahlar götürülüb - DİN

Cəmiyyət Materials 1 Yanvar 2025 11:34 (UTC +04:00)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 14 tüfəng, 5 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər lenti

Xəbər lenti