Bakı. Trend:
Avropa İttifaqının iqtisadi yardımının ilk tranşı 27 dekabr 2024-cü ildə Misir Mərkəzi Bankının hesabına daxil olub.
Trend xəbər verir ki, bu barədə Qahirədə keçirilən mətbuat konfransında respublikanın baş naziri Mustafa Madbouli məlumat verib.
Baş nazirin sözlərinə görə, 2024-cü ildə Misirin ÜDM artımı 3,5% təşkil edib. O, bu göstəricini “hakimiyyətin düzgün istiqamətdə irəliləyişinin əlaməti” kimi qiymətləndirib. Mustafa Madbouli əlavə edib ki, dekabrın 25-də Beynəlxalq Valyuta Fondu tərəfindən Misirə 1,2 milyard dollar məbləğində kredit ayrılması ölkənin iqtisadi etimadını bir daha təsdiqləyir.
Hazırda Avropa İttifaqının növbəti tranşlarının Misir Mərkəzi Bankının hesablarına daxil olma vaxtı müəyyən edilməyib.