...

Fransa Livanın cənubunda davamlı atəşkəs əldə etməyə çalışır

Dünya xəbərləri Materials 1 Yanvar 2025 04:30 (UTC +04:00)
Fransa Livanın cənubunda davamlı atəşkəs əldə etməyə çalışır

Bakı. Trend:

Fransa Silahlı Qüvvələr naziri Sebastien Lekornu bildirib ki, ölkəsi Livan-İsrail sərhədindəki kövrək atəşkəsi qorumağa və yeni hərbi eskalasiyanın qarşısını almağa sadiqdir.

Trend-in məlumatına görə, bu barədə "Lebanon 24" xəbər portalı bildirib.

Məlumata əsasən, Lekornu xarici işlər naziri Jan-Noel Barro ilə birlikdə Yeni il günü BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Fransa sülhməramlılarının Deyr Kif bölgəsindəki düşərgəsini ziyarət edib.

"Fransa Livanın cənubunda davamlı atəşkəs yaratmağa çalışır. Biz bu məqsədə doğru yarı yoldayıq və münaqişənin aradan qaldırılması prosesində ilk nəticələrə nail olduq", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti