...

Türkiyənin Türk ölkələrinə ixracatı 1 milyard dollara yaxınlaşıb

İqtisadiyyat Materials 1 Yanvar 2025 15:50 (UTC +04:00)
Türkiyənin Türk ölkələrinə ixracatı 1 milyard dollara yaxınlaşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin noyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 9,5 faiz artaraq 925 milyon 223 min dollar olub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən 2024-cü ilin yanvar – noyabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, 2023-cü ilin analoji dövri ilə müqayisədə 12,3 faiz artaraq, 10 milyard 6 milyon 177 min dollar olub.

“2024-cü ilin noyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq 472 milyon 667 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Türk ölkələrindən idxalı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7,1 faiz azalaraq, 6 milyard 968 milyon 788 min dollar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 29 milyard 748 milyon dollar olub.

“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 2023-cü ilin eyni ayları ilə müqayisədə 550 milyard 26 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faiz azalaraq 311 milyard 798 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti