...

Mərakeş və Suriya diplomatik əlaqələrin gücləndirilməsi barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 31 Dekabr 2024 23:31 (UTC +04:00)

Bakı. Trend:

Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita Suriya Keçid Hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə "Telquel" informasiya portalı xəbər verib.

Bildirilib ki, Burita Mərakeşin "Suriya xalqına, eləcə də Suriyanın suverenliyi və ərazisinin bütövlüyünə dəstəyini" təsdqiləyib. O, “iki ölkənin ortaq əlaqələri olduğunu” vurğulayıb.

Nazirlər “iki xalqın ümumi maraqları naminə ölkələr arasında diplomatik münasibətləri gücləndirməyə” razılaşıblar.

Xəbər lenti

Xəbər lenti