...

Prezident İlham Əliyev: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

Siyasət Materials 31 Dekabr 2024 23:53 (UTC +04:00)
Prezident İlham Əliyev: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

Bakı. Trend:

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

“Biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti