...

Papa Fransisk 2025-ci ilin ilk “Angelus” duasında sülh çağırışı edib

Dünya xəbərləri Materials 1 Yanvar 2025 21:26 (UTC +04:00)
Papa Fransisk 2025-ci ilin ilk “Angelus” duasında sülh çağırışı edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 2025-ci ilin ilk “Angelus” duası zamanı qlobal münaqişə zonalarında sülhün bərqərar olması üçün çağırış edib.

Trend xəbər verir ki, Müqəddəs Pyotr meydanında toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən Papa müharibə zonalarında diplomatik səylərin artırılmasını və dialoqun təşviq edilməsini vurğulayıb. O, ədalət və sülh uğrunda çalışanlara minnətdarlığını ifadə edib.

“Qardaşlar, bacılar, müharibə məhv edir. Həmişə məhv edir! Müharibə həmişə məğlubiyyətdir. Sülh üçün mübarizə aparın. Hər bir canlının qayğısına qalaq”, - deyə pontifik bildirib.

Papa Fransisk, həmçinin, xristian ənənələrinə malik ölkələrin liderlərini ən kasıb dövlətlərin borclarını mümkün qədər azaltmaq və ya tamamilə silməklə dünyaya yaxşı nümunə göstərməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti