Bakı. Trend:
Norveçin Bergen Dəmiryolunda mühərrikdə yaranan problem səbəbindən 100-dən çox sərnişin isidilməmiş qatarda qalıb.
Trend xəbər verir ki, bu barədə Norveçin Dagbladet nəşri məlumat yayıb.
Məlumata görə, qatar cənub-qərbdə Myrdal və Finse arasında yerləşir. Qatarda istilik sistemi işləmir və tualetlər də istifadəyə yararsızdır.
Hazırda sərnişinlərin təxliyyə vaxtı barədə hələlik dəqiq məlumat verilmir.