...

Cənubi Koreyada çoxsaylı ölümlə nəticələnən qəzanın baş verdiyi aeroport yoxlanılır

Dünya xəbərləri Materials 1 Yanvar 2025 02:12 (UTC +04:00)
Cənubi Koreyada çoxsaylı ölümlə nəticələnən qəzanın baş verdiyi aeroport yoxlanılır

Bakı. Trend:

Koreya Respublikasının hökumət qurumları sonuncu aviasiya qəzasından sonra Muan aeroportundakı beton səddi yoxlamağa qərar verib.

Trend-in məlumatına görə, ekspertlər bu səddin beynəlxalq aviasiya normalarına zidd olduğunu iddia edirlər. Onlar sonuncu faciəyə də məhz bu səddin səbəb olduğunu bildirirlər. Belə ki, nasaz təyyarə uçuş zolağına endikdən sonra sürünərək beton maneəyə çırpılıb və alışıb.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti