Bakı. Trend:
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti profilaktik tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan 3 sakin könüllü olaraq 3 avtomat silahı, 2 patron darağı və 39 patronu polisə təhvil veriblər.
Araşdırmalar aparılır.