Bakı. Trend:
Heydər Əliyev adına İdman Konsert Kompleksində “Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi” başlayıb.
Trend xəbər verir ki, gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq qarışıq cütlük, üçlük və qrup proqramlarında çıxış edəcəklər.
Gün ərzində balacaların, uşaqların, yeniyetmələrin, gənclərin və böyüklərin fərdi çıxışları olacaq. Ardınca yeniyetmələrin və böyüklərin qarışıq cütlük proqramında çıxışları davam edəcək.
Bu gün çıxış edən gimnastların mükafatlandırılması mərasimi ilə yarışın bu günkü proqramına yekun vurulacaq.