...

Parisdə iğtişaşlar: onlarla PJS azarkeşi saxlanılıb

İdman Materials 8 May 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa polisi Parisin mərkəzində kütləvi iğtişaşlar törədən 43 PSJ klubu azarkeşini saxlayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, PJS klubu bu gecə Çempionlar Liqasının yarımfinalında Londonun “Arsenal” klubu üzərində 2:1 hesablı qələbə qazanaraq, adını finala yazdırıb.

Oyundan əvvəl rəqib azarkeşlər arasında gərginliyin yarana biləcəyi ehtimalı ilə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Matçda final fitindən sonra bir qrup fanat yolu bağlamağa çalışsa da, asayış keşikçiləri izdihamı ərazidən uzaqlaşdırmağa nail olub.

Bir müddətdən sonra çılğın futbol azarkeşləri polisi daş atəşinə tutmağa başlayıb, onların üzərinə pirotexnik vasitələr atıb. İğtişaşı yatırmaq məqsədilə asayış keşikçiləri gözyaşardıcı qaz tətbiq etməli olub.

Fanatların bir neçə maşına ziyan vurduğu, mağazaların vitrinlərini dağıtdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti