Bakı. Trend:
Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11
saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf
Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Ağ Saray”,
“Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq
sarayları və “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının
havaya normadan artıq tullantı atdığı müəyyən edilib.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.