Bakı. Trend:
Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ay Şuşada filial açmağı planlaşdırır.
Trend xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ay Şuşada filial açmağı planlaşdırır. Bununla bağlı hazırda hazırlıq işləri aparılır", - o bildirib.
Bundan başqa, onun sözlərinə görə, ABB dividentlerinin Qarabağda bərpa işlərinə yatırdığı vəsaitlərin həcmi 100 milyonlarla manat civarındadır.
"Dəqiq rəqəm deyə bilməyəcəm. Çünki biz maliyyələşmə edirik, sonra müştəri o vəsaiti bağlayır, sonra yeni maliyyələşmə həyata keçirilir. Qarabağdakı bir çox infrastruktur layihələrinin iştirakçısı olan müştərilər məhz bizim müştərilərdir", - o qeyd edib.