Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 221 min 476 ədəd günəş eynəyi gətirilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda eynək idxalına çəkilən xərc 652,7 min ABŞ dolları olub.
Günəş eynəklərinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 61 min 685 ədəd və ya 21,8% azalıb, dəyər ifadəsi ilə 7,2 min ABŞ dolları, yaxud da 1,1% artıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana 645,5 min ABŞ dolları dəyərində 283 min 161 ədəd günəş eynəyi gətirilib.
Cari ilin hesabat dövründə Azərbaycana idxal olunmuş bir ədəd günəş eynəyinin orta idxal qiyməti 2,95 manat olub ki, bu da, illik müqayisədə 0,67 manat, yaxud da 29,4% bahadır. 2024-cü ilin eyni aylarında bu qiymət 2,28 manat idi.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycandan 200 ABŞ dolları dəyərində 31 ədəd günəş eynəyi ixrac edilib.