...

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini müzakirə edilib

Siyasət Materials 8 May 2025 13:41 (UTC +04:00)
Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini müzakirə edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

8 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud gündəlik üzrə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər. Nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti