...

Ulu öndərin qayıdışı ilə deportasiyaya dair hüquqi əsaslar formalaşdıran sənədlər qəbul olundu – Deputat

Siyasət Materials 8 May 2025 14:08 (UTC +04:00)
Ulu öndərin qayıdışı ilə deportasiyaya dair hüquqi əsaslar formalaşdıran sənədlər qəbul olundu – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiya və suverenlik ili çərçivəsində Ulu öndər Heydər Əliyevin 102 illiyini qeyd etməyimizin böyük rəmzi mənası var. Çünki bu iki anlayış – konstitusiya və suverenlik məhz Ulu öndərin iradəsi, müdrikliyi və cəsarəti nəticəsində bizim bugünkü milli varlığımızın əsas sütunlarını təşkil edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət sahibi olmaq tarix tərəfindən hər bir xalqa bəxş edilən bir haqq deyil. Bu haqq yalnız öz milli kimliyini qoruyub saxlayan, mübarizədən çəkinməyən, şəhidlər verən, lakin milli ruhu əsla sınmayan xalqlara nəsib olur:

“Biz də o azsaylı xalqlardanıq və fəxrlə deyirik ki, azərbaycanlıyıq. Azərbaycanlı olmaq, dövlət sahibi olmaq, müstəqil və suveren olmaq eyni zamanda böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk etmək üçün milli ideologiyamızın mahiyyətini dərindən anlamaq, qazandığımız zəfərləri və yol verdiyimiz səhvləri obyektiv şəkildə qiymətləndirmək zəruridir. 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyimiz həmin dövrün geosiyasi şəraiti və tarixi hadisələrinin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakter daşıyırdı”.

Deputat xatırladıb ki, Azərbaycan müstəqilliyini bir çox digər respublikalardan daha gec elan edib:

“Müstəqilliyini bizdən əvvəl elan edən Ermənistan öz müstəqillik bəyannaməsində onlara mənsub olmayan Qarabağa konstitusion iddia irəli sürdülər. Ancaq həmin dövrdə müstəqilliklə bağlı hazırlanan bəyanmmə və konstitusiya aktında, təəssüf ki, fundamental beynəlxalq hüquq norması olan – bizim, qərbi azərbaycanlıların geri qayıdışı hüququ ilə bağlı bir kəlmə belə qeyd edilməyib.

Təkcə bu faktın özü bir daha sübut edir ki, 1991-1993-cü illərdə hakimiyyətdə olanları Azərbaycan xalqının taleyi maraqlandırmayıb, onlar heç bu barədə düşünməyiblər belə. Başları hakimiyyət uğrunda davaya qarışıb. Həmin zaman deportasiya yeni baş vermişdi. Yüz minlərlə soydaşlarımız gözlərinin qabağında idi, Qarabağda işğal başlamışdı, onlar da bəyannamədə qayıdış hüququnu ali səviyyədə təsbit etmək əvəzinə yazırlar ki, SSRİ-yə daxil olan respublikalarla o cümlədən Ermənistanla dostluq münasibətləri arzu edirik.

Ancaq Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə bu hüquq boşluq aradan qaldırıldı, deportasiya ilə bağlı hüquqi əsaslar formalaşdıran sənədlər qəbul olundu. Qarabağın işğaldan azad edilməsindən sonra Preizdent İlham Əliyev Qərbi Azərbaycanlılara geri qayıdışı hüququnun normativ əsaslarını yaratdı”.

Deputat əlavə edib ki, müəllifi Ulu öndər Heydər Əliyev olan Konstitusiya hüquqi cəhətdən ən yüksək normativ sənəddir.

“Ancaq onun əsl dəyəri yalnız mətnində və ya təkmilliyində deyil – azərbaycançılıq ideologiyamızda, əliyev irsi əsasında formalaşan dövlət kimliyimizdə və həmrəylimizin gücündədir”, - deyə K.Cəfərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti