Bakı. Trend:
Vatikanda keçirilən konklavda kardinallar Roma papasını seçə bilməyib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Sikstin kapellasının bacasından qara tüstü buraxılıb ki, bu da səsvermənin uğursuzluqa nəticələnməsinə işarə edir.
Nahar fasiləsindən sonra növbəti səsvermənin keçiriləcəyi bildirilir. Səsvermə ətrafdan təcrid olunmuş və heç bir rabitə imkanları olmayan133 kardinalın iştirakı ilə keçirilir.
Qeyd edək ki, konklav — Roma Katolik kilsəsində yeni papa seçmək üçün kardinalların gizli toplantısıdır. Papa vəfat etdikdə və ya istefa verdikdə Vatikanın Sistina kapellasında keçirilir. 80 yaşdan aşağı kardinallar içəri kilidlənir və gündə dörd dəfə gizli səsvermə keçirilir.