...

Bu günədək birinci sinfə qəbulu prosesi tamamlanan uşaqların sayı AÇIQLANDI

Cəmiyyət Materials 8 May 2025 12:11 (UTC +04:00)
Bu günədək birinci sinfə qəbulu prosesi tamamlanan uşaqların sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yqyıb.

Bildirilib ki, 2025–2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi davam edir:

"Mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər"

Qeyd edilib ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti