Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfərindən görüntülər paylaşılıb.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“Prezident İlham Əliyev Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb. (07.05.2025)”.