...

ABŞ Hökumətinin Səmərəliliyi Departamenti şəxsi məlumatların təhlükəsizliyinə laqeyd yanaşmaqda ittiham olunur - Washington Post

Dünya xəbərləri Materials 7 May 2025 22:14 (UTC +04:00)
ABŞ Hökumətinin Səmərəliliyi Departamenti şəxsi məlumatların təhlükəsizliyinə laqeyd yanaşmaqda ittiham olunur - Washington Post
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE), hansı ki, İlon Maskın komandasının rəhbərliyi altındadır, milyonlarla Amerika vətəndaşı və sakininə dair şəxsi məlumatları əhatə edən mərkəzləşdirilmiş məlumat bazası hazırlayır.

Trend-in məlumatına görə, bu barədə "Washington Post" nəşri məlumat yayıb.

Hökumət mənbələrinin bildirdiyinə görə, DOGE əsas məxfilik və kibertəhlükəsizlik prinsiplərinə kifayət qədər önəm vermədən, geniş həcmli şəxsi məlumatlardan ibarət vahid baza yaratmağa çalışır.

Nəşr qeyd edir ki, bəzi hallarda DOGE sosial təminat nömrələri, doğum tarixləri, məşğulluq və əlillik məlumatları, eləcə də tibbi qeydlər kimi həssas informasiyanı lazımi səviyyədə qoruya bilməyib. Məsələn, Daxili Təhlükəsizlik Departamentinin rəsmilərinə və daxili sənədlərə əsasən, yeni viza proqramı üçün hazırlanmış veb-sayt virtual özəl şəbəkə (VPN) təhlükəsizliyi təmin edilmədən istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti