...

Rusiyanın bu aeroportlarında uçuşlar bərpa olunub

Dünya xəbərləri Materials 8 May 2025 09:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın İvanov (Yujnıy) və Yaroslavl (Tunoşna) şəhər hava limanlarında təyyarələrin uçuşu və enişinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Məlumata görə, sözügedən aeroportlarda potensial dron hücumları ilə əlaqədar təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə hava reysləri mayın 7-dən etibarən dayandırılmışdı.

Məhdudiyyətlərin artıq aradan qaldırıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti