...

Çempionlar Liqasında finalın son iştirakçısı müəyyənləşdi (ƏLAVƏ OLUNUB)

İdman Materials 8 May 2025 00:58 (UTC +04:00)
Çempionlar Liqasında finalın son iştirakçısı müəyyənləşdi (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub.

Trend xəbər verir ki, cavab oyunları çərçivəsində günün yeganə qarşılaşması Fransanın paytaxtı Parisdə baş tutub. PSJ doğma meydanda İngiltərənin “Arsenal” klubu ilə qarşılaşıb.

Səfər oyununda rəqibini məğlub edən Paris təmsilçisi bu dəfə də üstünlüyünü qoruyub və 2:1 hesablı qələbə ilə finala yüksəlib. Luis Enrikenin yetirmələri bu nəticə ilə adını Çempionlar Liqasının finalına yazdırıb.

Qeyd edək ki, PSJ finalda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. Həlledici oyun mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

23:00. PSJ – “Arsenal” - 2:1 (1-0)

XXX

23:00

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin son oyunu keçiriləcək.

Trend-in məlumatına görə, cavab oyunları çərçivəsində günün yeganə qarşılaşması Parisdə baş tutacaq.

Fransa təmsilçisi PSJ ilk görüşdə səfərdə məğlub etdiyi “Arsenal”ı öz meydanında qəbul edəcək.

Qeyd edək ki, bu cütün qalibi mayın 31-də Münhendə təşkil olunacaq finalda İtaliya təmsilçisi “İnter” ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti