...

Ötən gün axtarışda olduğuna görə 35 nəfər saxlanılıb - DİN

Hadisə Materials 8 May 2025 10:05 (UTC +04:00)
Ötən gün axtarışda olduğuna görə 35 nəfər saxlanılıb - DİN
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 7-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti