Bakı. Trend%
Cari ilin birinci rübündə Azərbaycana 30,6 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri gətirilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları, yaxud da 3,7% çoxdur.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycana idxal olunmuş mebel və onun hissələrinə çəkilən xərcin həcmi 29,5 milyon ABŞ dolları olub.
Hesabat dövründə mebel və onun hissələrinin idxalının ümumi idxalda payı 0,54% təşkil edib.
Qeyd edək ki, Azərbaycana mebel Rusiya, Çin, Türkiyə, Belarus, İtaliya, Gürcüstan, Moldova və bir sıra digər ölkələrdən gətirilir.