...

Antalyada keçirilən “Çempionlar” turnirində güləşçilərimiz daha iki medal qazanıb

İdman Materials 8 May 2025 00:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında keçirilən “Çempionlar” turniri davam edir.

Trend xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 60, 72 və 87 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bu çəki kateqoriyalarında çıxış edən Azərbaycan təmsilçiləri də fəxri kürsüyə yüksəliblər.

60 kq çəki dərəcəsində çıxış edən Ayxan Cavadov gümüş medal, Vədat Qasımlı isə bürünc medal qazanıb.

Sabah keçiriləcək yarışlarda isə 63, 82 və 130 kq-da çıxış edən güləşçilərimiz xalçaya çıxacaqlar.

Qeyd edək ki, yığmamız turnirin ilk günündə də iki medal qazanmağa müvəffəq olmuşdu.

Xəbər lenti

Xəbər lenti