...

Britaniya və Türkiyə azad ticarət sazişinin yenilənməsi ilə bağlı danışıqlara başlayır

Dünya xəbərləri Materials 8 May 2025 08:10 (UTC +04:00)
Britaniya və Türkiyə azad ticarət sazişinin yenilənməsi ilə bağlı danışıqlara başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Böyük Britaniya arasında azad ticarət sazişinin modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə ilk danışıqlar mərhələsinin iyul ayının sonunadək keçirilməsi razılaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Londonda Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds ilə görüşdən sonra X sosial şəbəkəsində paylaşım edib. Ömər Bolat görüşün məhsuldar keçdiyini və kimya sənayesi üzrə azad ticarət sazişinin bəzi bölmələrini imzaladığını bildirib. Nazir bu addımı sazişin modernləşdirilməsi istiqamətində mühüm mərhələ kimi dəyərləndirib.

Ömər Bolat həmçinin bildirib ki, bu il Londonda Türkiyə – Böyük Britaniya Birgə İqtisadi və Ticarət Komitəsinin 8-ci iclası keçiriləcək. Görüşdə ikitərəfli ticarət əlaqələrinin geniş aspektlər üzrə qiymətləndirilməsi planlaşdırılır.

Xatırladaq ki, Türkiyə və Böyük Britaniya arasında mövcud azad ticarət sazişi 2020-ci ildə Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsindən sonra qüvvədə saxlanılıb. 2023-cü ildə aparılan ortaq qiymətləndirmədə sazişin təkmilləşdirilməsinə ehtiyac olduğu qeyd olunmuşdu.

Xəbər lenti

Xəbər lenti