Bakı. Trend:
Yəməndəki “Ənsar Allah” hərəkatının silahlı qolu olan husilər İsrailin cənubunda, Eylat şəhəri yaxınlığında yerləşən Ramon hava limanına hücum etdiklərini açıqlayıblar.
Trend-in məlumatına görə, bu barədə hərəkatın nəzarətində olan “Al Masirah” televiziya kanalında çıxış edən husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Saria məlumat verib.
“Dron ordumuz iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı Umm ər-Raşraş (Eylatın ərəb adı – red.) bölgəsində yerləşən Ramon hava limanına iki pilotsuz uçuş aparatı ilə hücum edilib”, – deyə o bildirib.
Hücuma dair İsrail tərəfinin hələlik rəsmi açıqlaması verilməyib.