...

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə münasibət bildirib

Dünya xəbərləri Materials 8 May 2025 10:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə əhalinin əhəmiyyətli hissəsinin demokratik və avropayönümlü meyillərinə baxmayaraq, ölkənin Avropa İttifaqına üzvlüyü prosesi indiki şəraitdə bərpa oluna bilməz.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin dərc olunan hesabatında deyilir.

Məlamata görə, hesabatın təsdiqlənməsinin leyhinə 367 deputat səs verib, 74 avropalı parlamentari bunun əleyhinə çıxıb, 188 nəfər isə bitərəf qalmağa üstünlük verib. Üzvlük prosesinə imtinaya əsas kimi ölkədə “demokratik standardların pisləşməsinin davam etməsi ilə bağlı artan narahatlıqlar” göstərilib.

Xatırladaq ki, 1999-cu ilin dekabrında Avropa Şurası Türkiyəni Aİ-yə üzvlüyə namizəd ölkə kimi tanıyıb. 2005-ci ilin oktyabrında Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlanıb. 2018-ci ildə isə Aİ Şurası bu danışıqların dayandırıldığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti