Bakı. Trend:
Çinin nüvə arsenalı 600-dən çox başlıqdan ibarətdir və sürətlə artmaqda davam edir.
Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini Endryu Qebara Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bildirib.
“Çin ABŞ-nin müdafiəsi üçün əsas təhlükədir. O, nüvə qüvvələrini kütləvi şəkildə genişləndirir, modernləşdirir və şaxələndirir”, – deyə Qebara vurğulayıb.
Onun sözlərinə görə, son bir il ərzində Çin öz arsenalına 100-dən çox nüvə silahı əlavə edib. Hazırda isə Pekin 2030-cu ilə qədər bu rəqəmi 1000-dən çoxa çatdırmaq yolundadır.