Bakı. Trend:
Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor şəhərində bir neçə partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə Samaa TV polis mənbələri və yerli sakinlərə istinadən məlumat yayıb.
Partlayış səsləri şəhərin Qopal-Naqar və hava limanı yaxınlığındakı Nəsirabad ərazilərindəki Uolton şossesində eşidilib. Polis mənbələrinin məlumatına görə, Hindistana məxsus pilotsuz uçan aparat (PUA) burada qəzaya uğrayıb.
Elektron mübarizə sistemlərindən istifadə nəticəsində hava məkanında tıxac yaranıb və təxminən 1,5–1,8 metr ölçüsündə olan kəşfiyyat PUA-sının Hindistan ərazisindən idarə edildiyi bildirilir.
Bundan başqa, Lahorun mərkəzində yerləşən Askari 5 rayonunda da iki güclü partlayışın olduğu və Dəniz Kollecinin binasından tüstü qalxdığı qeyd olunur. Sakinlər də partlayış səslərini təsdiqləyib.
Hadisə yerinə artıq xilasedicilər və polis qüvvələri cəlb olunub.
