Bakı. Trend:
Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Mərkəzin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 00:07-də Qusar stansiyasından 4 kilometr cənubda, Qusar rayonu ərazisində yeraltı təkanlar baş verib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar ətraf ərazilərdə zəif hiss olunub.
