...

Danimarka ABŞ səfirini kəşfiyyat iddialarına görə çağıracaq

Dünya xəbərləri Materials 8 May 2025 03:26 (UTC +04:00)
Danimarka ABŞ səfirini kəşfiyyat iddialarına görə çağıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkanın Xarici İşlər Naziri Lars Lökke Rasmussen ABŞ-nin Qrenlandiyada kəşfiyyat fəaliyyətini gücləndirdiyi barədə yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib və bu məsələni aydınlaşdırmaq üçün ABŞ səfirini çağırmaq qərarına gəlib.

Trend-in DR telekanalına istinadən verdiyi məlumata görə, Rasmussen “Wall Street Journal” nəşrində yer alan və ABŞ kəşfiyyat orqanlarının Qrenlandiyada fəaliyyətini artırması barədə xəbərin doğruluğunu təsdiqləyə bilmədiyini, lakin məsələyə laqeyd yanaşılmasının narahatlıq doğurduğunu bildirib.

“Əgər indi kimsə Danimarka və Qrenlandiyada kəşfiyyat məlumatları toplamağın zəruri olduğunu düşünürsə, bu, olduqca narahatedici haldır”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, ABŞ səfirindən yayılan bu məlumatların təkzib olunub-olunmayacağını öyrənmək üçün onu Xarici İşlər Nazirliyinə dəvət edəcəklər.

Qeyd edək ki, “The Wall Street Journal” iki mənbəyə istinadən, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməklə bağlı fikirlərindən sonra Amerika kəşfiyyatına adadakı vəziyyətlə bağlı məlumatların toplanmasını sürətləndirmə əmri verildiyini yazıb.

Nəşrin məlumatına əsasən, kəşfiyyat orqanlarına Qrenlandiyada müstəqillik hərəkatı, yerli əhalinin ABŞ-nin təbii sərvətlərin çıxarılmasına münasibəti və amerikalılara olan rəğbət səviyyəsi barədə araşdırma aparmaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti