...

Hacıqabulda su basmış ərazilərdə tədbirlər görülür (VİDEO)

Hadisə Materials 7 May 2025 18:10 (UTC +04:00)
Hacıqabulda su basmış ərazilərdə tədbirlər görülür (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Hacıqabul rayonunda intensiv yağışlarla əlaqədar subasmaya məruz qalmış ərazilərdə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən Hacıqabul şəhəri, rayonun Muğan qəsəbəsi və Şorbaçı kəndində su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti