Bakı. Trend:
Polşa vətəndaşı əlində balta ilə Varşava Universitetinin kampusuna hücum edib.
Trend xəbər verir ki, bu barədə məlumatı paytaxt polisi X sosial şəbəkəsində yayıb.
“Əlində baltalı bir adam Varşava Universitetinin kampusuna girərək oradakı insanlara hücum etdi. O, 22 yaşlı Polşa vətəndaşı olub”, – deyə məlumatda bildirilir.
Hadisə nəticəsində bir qadın ölüb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına əsasən, təcavüzkar qadının başını kəsib. Daha bir şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Yerli media hücum nəticəsində həyatını itirən şəxsin Auditorium Maximum binasını qoruyan konsyerj olduğunu ehtimal edir.
Polis hadisənin "cinayət xarakteri daşıdığını" vurğulayıb. Hücum edən şəxs saxlanılıb, hazırda hadisə yerində prokuror və istintaq qrupu çalışır.