Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
XXX
21:35
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
XXX
21:13
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
Eyni zamanda, Nazirliyin əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilir.
Əlavə məlumat veriləcək.
XXX
20:48
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.