...

ABŞ-də mayın 8-i İkinci Dünya müharibəsində Qələbə Günü elan edilib

Dünya xəbərləri Materials 7 May 2025 21:57 (UTC +04:00)
ABŞ-də mayın 8-i İkinci Dünya müharibəsində Qələbə Günü elan edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də mayın 8-i İkinci Dünya müharibəsində Qələbə Günü kimi elan olunub.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp xüsusi bəyannamə imzalayıb. Bəyannamədə İkinci Dünya müharibəsində əldə olunan qələbənin tarixdə azadlıq uğrunda qazanılmış ən böyük nailiyyətlərdən biri olduğu vurğulanır.

Sənəddə qeyd olunur ki, müharibə zamanı 250 mindən çox amerikalı həlak olub. “Amerika əsgərlərinin fədakarlığı olmasaydı, bu müharibədə qələbə mümkün olmazdı və bu gün yaşadığımız dünya tamamilə fərqli görünərdi”, – deyə bəyannamədə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti