Bakı. Trend:
Vatikanın Müqəddəs Pyotr meydanında yerləşən Sikstin kapellasının bacasından qara tüstü qalxıb.
Trend-in məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Bu, kardinal seçicilərin konklav çərçivəsində keçirdiyi ilk gizli səsvermənin nəticəsiz başa çatdığını göstərir.
Üç saatdan çox davam edən qapalı iclasda yeni Roma Papasının adı hələ müəyyənləşməyib.
XXX
22:46
80 yaşına qədər olan 133 kardinal Roma Papasının seçilməsi məqsədilə keçirilən qapalı kardinal yığıncağı – konklav üçün Vatikanın Sikstin kapellasına toplaşıb.
Trend xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, konklav zamanı kapellada mobil telefon və digər rabitə vasitələrinin istifadəsinə qəti qadağa qoyulub. Kardinallar gizlilik andı içdikdən sonra qapılar bağlanacaq və günün yeganə səsverməsi keçiriləcək.
Yeni Papa seçilənə qədər konklav sessiyaları davam edəcək.