...

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar (FOTO)

Cəmiyyət Materials 7 May 2025 19:00 (UTC +04:00)
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar (FOTO)

Bakı. Trend:

Mayın 7-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə, Şura üzvləri Günay Əkbərova, Elçin Əzimli, Sevinc Məhəməliyeva, Kəmalə Aşumova, Mirzə Cəfərzadə və Rasif Dünyamalıyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

İctimai Şura üzvləri əvvəlcə universitet tələbələri ilə görüş keçirib, onların suallarını cavablandırıb və təkliflərini dinləyiblər. Görüş zamanı tələbələrin gündəlik həyatı və tədris prosesi ilə bağlı müxtəlif məsələlərə toxunulub.

Daha sonra Şura üzvlərinin AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və universitet rəhbərliyi ilə görüşü baş tutub. Görüşdə tələbələr tərəfindən səsləndirilmiş təklif və müraciətlər universitet rəhbərliyinə çatdırılıb, onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə aşağıdakı əsas mövzular müzakirə olunub:

- Tələbələr üçün yataqxana şəraitinin yaxşılaşdırılması və bu istiqamətdə mümkün həll mexanizmləri;

- Paytaxtda pik saatlarda müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq dərs saatlarının fərqli vaxtlarda başlaması və tədrisin hibrid formada təşkili imkanları;

- Tədris prosesində praktik biliklərə daha geniş yer verilməsi ilə bağlı perspektivlər.

Sonda tərəflər belə görüşlərin təhsil mühitinin daha da inkişaf etməsi baxımından əhəmiyyətini vurğulayıb və əməkdaşlığın davamının vacibliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti