...

ABB ötən ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub

İqtisadiyyat Materials 8 May 2025 12:31 (UTC +04:00)
ABB ötən ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı (ABB) 6 ildir səhmdarlarına ardıcıl yüksək dividend ödǝyǝn sağlam, dayanıqlı və mənfəətlə çalışan bankdır. Bu il ilk dəfə kütləvi emissiyadan sonra sayları 30 mindən çox olan səhmdarlarımızla gəlirlərimizi bölüşəcəyik. Çünki ABB 2024-cü ili də strateji inkişaf tarixinin ən uğurlu illərindən biri kimi, 360 milyon manat məbləğində xalis mənfəətlə tamamlayıb.

Trend xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.

"Bankımızın əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 2024-cü ildə 13,6 faiz artıb. 2024-cü ilin maliyyə nəticələrinə əsasən, bank dövlət büdcəsinə 131 milyon manat vergi və digər ödənişlər edib. Kredit portfelimizdə iri həcmdə - 1,3 milyard manat, yəni 25,8 faizlik artım baş verib. Biznes kreditləri portfelimizi 614 milyon manat artırmışıq. İlin nəticələrinə əsasən, biznes və ipoteka kreditləri üzrə bazar lideri olmuşuq",- deyə Abbas İbrahimov vurğulayıb.

Bankın sədri ABB müştərilərinin sayının artaraq 4 milyonu ötdüyünü deyib: "Aktiv müştərilərimizin sayı son 1 il ərzində rekord həcmdə, 32 faiz artıb. Bankımıza 2024-cü ildə gələn yeni müştərilərin 65 faizi məhz rəqəmsal kanallardan, yəni bank filialına daxil olmadan cəlb edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra 2024-cü ildə biz Xankəndidə filial açan ilk bank olduq. Müştərilərimizə daha da əlçatan olmaqdan ötrü daha 3 yeni filial yaratdıq, 7 filialımızı brend kimliyimizə uyğun qurduq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti