...

“Meydan TV” işi üzrə saxlanılan jurnalist həbs edildi

Hadisə Materials 7 May 2025 16:58 (UTC +04:00)
“Meydan TV” işi üzrə saxlanılan jurnalist həbs edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Meydan TV” işi üzrə saxlanılan Jurnalist Ülviyyə Quliyevan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

Trend xəbər verir ki, təqdimata bu gün Xətai rayon Məhkəməsində baxılıb.

Məhkəmə istinta orqanının vəsatətini təmin edib.

Qərara əsasən, jurnalist Ülviyyə Quliyeva barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ülviyyə Quliyeva 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, “Meydan TV” işi üzrə Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı və Aysel Umudova, Nurlan Qəhrəmanlı, Şəmşad Ağa, Fatimə Mövlamlı, Ülvi Tahirov həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti