Bakı. Trend:
Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixdə Qərbi azərbaycanlılarla görüşü zamanı Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən tarixi şəhərimiz olan İrəvanın Ermənistana bağışlanmasını xəyanət və cinayət adlandırdı. Bu obyektiv tarixi həqiqətdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
“Məhz bu fikirləri əsas tutaraq Tarixi ədalətsizliyin hüquqi yolla aradan qaldırılması üçün Konstitusiya və Suverenlik İli çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlı qərarını pisləyən Milli Məclis qərar layihəsinin hazırlanmasını, buna paralel olaraq, 1920-ci ildə də Sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi faktını da pisləyən ayrıca bir qərarın qəbul edilməsini təklif edirəm”, - deyə millət vəkili qeyd edib.