...

Vyetnam Azərbaycana smartfon satışını 26%-dən çox azaldıb – Qiymət bahalaşıb

İqtisadiyyat Materials 8 May 2025 10:10 (UTC +04:00)
Vyetnam Azərbaycana smartfon satışını 26%-dən çox azaldıb – Qiymət bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Vyetnamdan Azərbaycana 26 min 645 ədəd smartfon idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu sayda smartfonların idxalına çəkilən xərc 11,7 milyon ABŞ dolları olub.

Vyetnamdan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 9 min 650 ədəd və ya 26,6%, dəyər ifadəsi ilə 706 min ABŞ dolları, yaxud da 5,6% azalıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycana Vyetnamdan 12,4 milyon ABŞ dolları dəyərində 36 min 295 ədəd smartfon gətirilib.

Hesabat dövründə Vyetnamdan idxal olunan smartfonun bir ədədi üçün orta qiymət 440 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 97,5 ABŞ dolları və ya 28,5% bahadır. Ötən ilin müvafiq dövründə bu qiymət 342,5 ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana 54,2 milyon ABŞ dolları dəyərində 183 min 109 ədəd smartfon gətirilib. Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Gürcüstan və Vyetnamdan idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti