...

"Napoli" Kevin de Bruyneni transfer etmək istəyir

İdman Materials 8 May 2025 02:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Napoli" klubu "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Kevin de Bruyneni heyətinə qatmaq niyyətindədir.

Trend-in "Sky Sport"a istinadən verdiyi məlumata görə, Neapol təmsilçisi belçikalı futbolçunun transferi üçün ciddi təşəbbüs göstərir. De Bruynenin İngiltərə klubuyla müqaviləsi cari mövsümün sonunda başa çatır və onun "Mançester Siti"ni tərk edəcəyi gözlənilir.

"Napoli", de Bruynenin Belçika millisindəki yaxın dostu və sabiq komanda yoldaşı Romelu Lukaku ilə olan münasibətlərindən faydalanaraq, bu transferi reallaşdırmağa çalışır.

Məlumatlara əsasən, 33 yaşlı futbolçu karyerasını Avropada davam etdirmək niyyətindədir. Bildirilir ki, o, artıq "Liverpul"dan da rəsmi təklif alıb.

Xəbər lenti

Xəbər lenti